Zabit Nəbizadə yeni layihələr üzərində izləyir
Əməkdar artist, muğam ifaçısı Zabit Nəbizadə bir neçə layihəyə imza atıb. Z.Nəbizadə həm də Müstəqil İnformasiya Agentliyinə deyib ki, sənət adamları yalnız Orucluq və Məhərrəmlik aylarında istirahət edirlər: ?Çünki həmin aylarda toy və nişan tədbirləri keçirilmir. Yerdə qalan bütün aylarda sənət adamları həmişə iş başında, mikrofon əllərində olur?.
Sənətkarın sözlərinə görə, o, məhz işləmək üçün, yəni layihələrini həyata keçirmək üçün Orucluq ayını seçib. ?Orucluq ayı dinclikdir, sakitlikdir. Əsl sənət ayıdır. Səni nə tələsdirən var, nə də toya dəvət edən. Ona görə də bu ayda yeni disk çıxarmaq istəyirəm. Həmin diskin bir hissəsi artıq yazılıb. Orucluq ayında isə bu diski təhvil vermək istəyirəm?,-deyən muğam ifaçısı xarici ölkələrə dəvət aldığı səfərlərdən də söz açaraq, bunun üçün 2010-cu ilin yanvar ayını seçdiyi bildirib: ?Yanvarda bir neçə ölkəyə səfərim var. Sözün düzü, birinci hansı ölkəyə gedəcəyimi özüm də bilmirəm. Bir onu bilirəm ki, dəvət aldığım bütün səhnələrdə Azərbaycan muğamları ilə yanaşı xalq mahnılarını da ifa edəcəyəm?.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 09:04
2026-04-06 15:45
2026-04-06 14:07
2026-04-04 17:46
2026-04-04 13:47