Dövlət İncəsənət Muzeyində aparılan təmir-bərpa işləri yeni mövsümə kimi başa çatmalıdır. Müstəqil İnformasiya Agentliyinə bu barədə məlumat sözügedən muzeyin direktor müavini Gülyana Məmmədova tərəfindən verilib. G.Məmmdova deyib ki, muzeydə çoxdandır aparılan təmir-bərpa işləri demək olar, başa çatmaq üzrədir: ?Yaxın aylarda görülməsi nəzərdə tutulan bütün işlər başa çatacaq. Yeni mövsümdə İncəsənət Muzeyi təzə görünüşü və Avropa standartlarına cavab verəcək tərzdə muzeysevərlərin ixtiyarında olacaq?.