?Ölkə üzrə ümumi olaraq taxılla bağlı biçiləcək sahə 1 milyon 92 min 491 hektar təşkil edir. Bu sahələrdən 843 min 73 hektarı biçilib. Bu, ümumi sahənin 77 faizini təşkil edir. Taxıl istehsalı isə 2 milyon 199 min 895 ton olub?. Bu barədə Müstəqil İnformasiya Agentliyinə Kənd Təsərrüfatı Nazirliyinin (KTN) mətbuat xidmətindən məlumat verilib. KTN-dən verilən məlumata görə, taxıl biçinində 1 hektardan məhsuldarlıq 26,1 sentner təşkil edir. Son məhsuldarlıq payızda məlum olacaq. Ümumilikdə taxılla bağlı məhsuldarlıq 27 sentiner təşkil edə bilər. O cümlədən, buğdanın biçiləcək sahəsi 806 min 573 hektardır. Ondan 587 min 105 hektarı biçilib. Bu isə ümumi sahənin 73 faizini təşkil edib. Buğda istehsalı 1 milyon 580 min 303 ton olub. 1 hektardan məhsuldarlıq 26,9 sentnerdir. KTN-dən onu da bildiriblər ki, bəzi yerlərdə olan kombayın problemi artıq öz həllini tapmaqdadır: ?Bildiyiniz kimi ?Aqrolizinq?in müxtəlif regionlarda ?Aqroservis? filialları var. Bu xəttin köməyilə və bəzi özəl təşkilatlarda olan kombaynlar da məhsul biçininə cəlb edilib. Məncə, bu sahədə elə də ciddi problem yoxdur?.