Gürcüstan və ABŞ bu gün Qara dənizdə hərbi təlimlərə bazlayır
Gürcüstan Qara dənizdə Amerika Birləşmiş Ştatları ilə birlikdə hərbi təlimlərə başlayır. Poti və Batumi limanları arasında yerləşən ərazi sularında keçiriləcək təlimlərdə Gürcüstanın iki, ABŞ-ın isə bir hərbi gəmisi iştirak edəcək.
Artıq ABŞ-ın hərbi gəmisi Gürcüstanın Batumi limanına gəlib. ABŞ-ın Batumi limanına gələn hərbi gəmisinin komandiri Mark Oberley və onun komandası gürcü musiqisi və çaxırı ilə qarşılanıb.
Təlimin keçiriləcəyi yer Moskva tərəfindən dəstəklənən Abxaziya regionuna yaxındır.
Bundan əvvəl Rusiya NATO-nun mayda Gürcüstanda keçirdiyi təlimlərə etiraz etmişdi və ona cavab olaraq özü Gürcüstan sərhədi yaxınlığında genişmiqyaslı təlimlərə başlamışdı.
Qeyd edək ki, bundan bir müddət əvvəl isə Rusiya Federasiyasının prezidenti Dmitri Medvedev Cənubi Osetiya bölgəsinə səfər edib. Gürcüstan isə Medvedevin regiona səfərini tənqid edib və Cənubi Osetiyanın Rusiya tərəfindən işğal olunduğunu bildirib.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 14:39
2026-04-07 10:00
2026-04-07 08:54
2026-04-07 00:03
2026-04-06 14:53
2026-04-06 13:33
2026-04-06 10:29
2026-04-06 09:50