Müasir Müsavat Partiyasının (MMP) Bakı şəhər sakinlərindən ibarət 50 nəfər üzvü Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) binası qarşısında etiraz aksiyası keçirməyi qərarlaşdırıb. Bu barədə məlumat Müstəqil İnformasiya Agentliyinə MMP mətbuat xidmətindən daxil olub. Aksiyaya səbəb kimi icra hakimiyyətinin işçilərinin süründürməçiliyi, rüşvətxorluğu vətəndaşlara qarşı edilən haqsızlıq və vəzifə səlahiyyətlərindən sui-istifadə etmələri göstərilir. Partiyadan verilən məlumata görə, aksiya iyulun 22-də saat 14.00-a BŞİH-nin binası qarşısında olacaq. Artıq bununla bağlı MMP bu gün BŞİH-nə müraciət ünvanlayıb.