Muğam Teatrı Şirvandan gələn kimi mövsümü bağlayacaq
Muğam Teatrı qastroldadır. Bu barədə Müstəqil İnformasiya Agentliyinə sözügedən mədəniyyət ocağının direktoru Arif Qazıyev məlumat verib.
A.Qazıyev deyib ki, teatrın kollektivi bir neçə gündür bölgələrdə səfərdədir: ?Bu günsə Şirvan şəhərindəyik. Teatr bunun üçün məxsusi repertuar proqramı tətbiq edib. Həmin proqramla üz tutduğumuz bölgələrdə uğurla çıxışlar edirik?.
A.Qazıyevin sözlərinə görə, onun rəhbərlik etdiyi teatr həmişə bütün mədəniyyət ocaqlarından fərqli olub: ?Muğam Teatrı həmişə hamıdan gec istirahətə yollanıb. Amma bütün teatrlardan da tez iş başında olub. Biz iyulun 15-dən etibarən istirahətə gedirik. Sentyabrın ilk on günlüyündə isə iş başında olacağıq. Yeni mövsümdə fərqli-fərqli layihələr gözlənilir?.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 09:04
2026-04-06 15:45
2026-04-06 14:07
2026-04-04 17:46
2026-04-04 13:47