Metyu Brayza Türkiyə prezidenti Abdulla Güllə görüzüb
Dağlıq Qarabağ münaqişəsinin həllinə yaxınlaşmışıq. Bu istiqamətdə danışıqlar çox uğurla davam edir və daha yaxşı istiqamətə yönlənir. "Star" qəzetinin yazdığına görə, bu barədə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavininin köməkçisi, ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Metyu Brayza Türkiyə prezidenti Abdulla Gül ilə görüşündə bildirib. Görüşdə Türkiyə-Ermənistan və Azərbaycan-Ermənistan arasında aparılan danışıqlar müzakirə edilib.
Abdulla Gül Türkiyə-Ermənistan və Ermənistan-Azərbaycan arasında davam edən müzakirələrin birbaşa əlaqəli olmadığını, ancaq iki prosesin bir-birinə təsir etdiyini bildirib. Türkiyə prezidenti ATƏT-in Minsk Qrupunun fəaliyyətini daha da sürətləndirməsini arzulayıb.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 14:39
2026-04-07 10:00
2026-04-07 08:54
2026-04-07 00:03
2026-04-06 14:53
2026-04-06 13:33
2026-04-06 10:29
2026-04-06 09:50