Ceyms Staynberq: "Ola bilsin ki, biz Qəbələ RLS-dən istifadə edək"
"ABŞ və Rusiya prezidentlərinin Moskvadakı görüşündə raket hücumundan müdafiə məsələsi üzrə əməkdaşlıq imkanları müzakirə olunub və bu istiqamətdə işi davam etdirmək qərara alınıb. Hesab edirəm ki, Qəbələ RLS istifadə üçün potensiala malikdir və ola bilər ki, biz ondan istifadə edək".
ABŞ dövlət katibinin birinci müavini Ceyms Staynberq jurnalistlərin Qəbələ RLS-dən ABŞ və Rusiyanın birgə istifadəsi ilə bağlı sualını cavablandırarkən belə deyib. O, bu məsələni hələ Azərbaycan hökuməti ilə müzakirə etməyə imkanlarının olacağını qeyd edib. Ceyms Staynberq hələlik Rusiya ilə raket hücumundan müdafiə sahəsində əməkdaşlığın mümkünlüyü barədə müzakirələrin ilkin mərhələsində olduqlarını söyləyib.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 14:39
2026-04-07 10:00
2026-04-07 08:54
2026-04-07 00:03
2026-04-06 14:53
2026-04-06 13:33
2026-04-06 10:29
2026-04-06 09:50