QAT ?Böyük səkkizlər?in sammitində həmsədr dövlətlərin bazçılarının təklifinə etiraz edir
Qarabağ Azadlıq Təşkilatı (QAT) ?Böyük səkkizlər?in İtaliyada keçirilən sammitində ATƏT-in Minsk Qrupuna həmsədrlik edən ölkə prezidentlərinin Qarabağ münaqişəsinin həlli ilə bağlı verdikləri açıqlamaya etiraz bəyanatı ilə çıxış edib.
Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, bəyanatda ABŞ, Rusiya və Fransa prezidentlərinin Qarabağ münaqişəsinə dair verdikləri bəyanatı Azərbaycanın maraqlarına ziddir və dövlətimizə qarşı qəsd kimi qiymətləndirilib: ?Həmin açıqlamadan göründüyü kimi, üç xristian dövləti Ermənistanı açıq şəkildə dəstəkləyir, işğalçı dövlətin bütün iddialarının yerinə yetirilməsinə yardım göstərir və Azərbaycanı təslimçi sülhə məcbur etməyə çalışır. Onların təklif etdikləri variant Dağlıq Qarabağdakı qondarma rejimi qorumaq üçün beynəlxalq sülhməramlıların regiona yerləşdirilməsindən ibarətdir?.
Bəyanatda o da qeyd olunur ki, təklif olunan variant Azərbaycanın maraqlarına cavab vermir. QAT bunun əsas gətirərək, Azərbaycan hakimiyyətinin dərhal danışıqlardan imtina etməyə çağırıb. ?Azərbaycanın bütün siyasi və ictimai qurumları bir araya gəlməli, antimilli xəttin həyata keçirilməsinə, Dağlıq Qarabağın həmişəlik itirilməsinə yol verməməlidir. Hər bir azərbaycanlı ayağa qalxmalı, Vətən qarşısında öz borcunu yerinə yetirməli, məkrli planın həyata keçirilməməsi üçün gücü çatan addımı atmalıdır?,- bəyanatda qeyd olunur.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51