BMT baz katibi: ?Qadınların və qızların vəziyyətinin yaxzılazdırılmasına sərmayə qoyuluzu vacıbdir?
Sabah - 11 iyul Ümumdünya Əhali Günüdür. Bu münasibətlə BMT-nin baş katibi Ban ki-Mun dünya ictimaiyyətinə müraciət edib. Ümumdünya Əhali Gününün bu ilki mövzusu qadınların və qızların vəziyyətinin yaxşılaşdırılmasına sərmayə qoyuluşudur.
Ban ki-Mun öz müraciətində ciddi qərar qəbul etməkdə iştirak etmək səlahiyyəti olan bütün insanları qadınların gəlir əldə etmək, qızlarını məktəbdə oxutmaq və könüllü ailə planlaşdırılması da daxil olmaqla reproduktiv sağlamlığın qorunması üzrə məlumat və xidmətlər əldə etmək imkanlarını müdafiə etməyə çağırır: ?Əvvəlki nəsillərin üzləşdiyi iqtisadi böhranlar içərisində ən çətini olan hazırkı iqtisadi böhran şəraitinə baxmayaraq biz Minilliyin Bəyannaməsində əks olunmuş inkişaf məqsədlərinin həyata keçirilməsi işində nailiyyət əldə etməyin daha səmərəli yollarını tapmalıyıq. Belə səmərəli yollardan biri Ümumdünya Əhali Gününün bu ilki mövzusu olan qadınların və qızların vəziyyətinin yaxşılaşdırılmasına sərmayə qoyuluşudur?.
Müraciətdə o da qeyd olunur ki, qadınların sağlamlığının, xüsusən də onların reproduktiv sağlamlığının qorunmasına sərmayə qoyuluşu ildə yarım milyon ananın həyatını xilas etməklə yanaşı, araşdırmalara əsasən hər il 15 milyard ABŞ dolları dəyərində mal və xidmətlər istehsal edə bilən potensial yarada bilər.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 14:39
2026-04-07 10:00
2026-04-07 08:54
2026-04-07 00:03
2026-04-06 14:53
2026-04-06 13:33
2026-04-06 10:29
2026-04-06 09:50