Maykl Ceksonun intihar etməsi və ya narkotik qəbulundan ölməsi kimi versiyalar irəli sürülür
Pop musiqisinin kralı Maykl Ceksonun ölümü ilə bağlı cinayət işi açıla bilər. Bu barədə CNN telekanalı mərhumun ailəsinə yaxın mənbəyə istinadən xəbər verib.
Məlumata görə, M.Ceksonun cəsədi iki dəfə yarılsa da, hələ ki, onun ölüm səbəbi açıqlanmayıb. Los-Anceles polisinin rəhbəri Uilyam Bretton bildirib ki, bu, yalnız toksikoloji analizin nəticələrindən sonra məlum olacaq. Məşhur ifaçının dozadan artıq dərman qəbul etməsi, intihar etməsi və ya narkotik qəbulundan ölməsi kimi versiyalar irəli sürülüb.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 09:04
2026-04-06 15:45
2026-04-06 14:07
2026-04-04 17:46
2026-04-04 13:47