Qarabağ və Respublika Uğrunda Vətəndaş Hərəkatına daxil olan partiyaların liderləri iyulun 10-da bir araya gələcək. Bu barədə Müstəqil İnformasiya Agentliyinə sözügedən Hərəkata daxil olan Azərbaycan Liberal Partiyasının (ALP) sədr əvəzi Əvəz Temirxan məlumat verib. ALP yetkilisinin sözlərinə görə, liderlər ölkədəki ictimai-siyasi vəziyyətlə bağlı fikir mübadiləsi aparacaqlar. Bundan əlavə, hərəkat təsisçiləri "Alumni Network" Gənclər Şəbəkəsinin və ANTV-nin yaradıcılarından biri Emin Milli və "Ol" Gənclər Hərəkatının təsisçilərindən biri Adnan Hacızadənin həbsi ilə bağlı məsələni muzakirə edəcəklər.