ATƏT-in baş katibi Perrin De Brişambo iyulun 15-17-də Azərbaycana səfər edəcək. Bu barədə məlumat ATƏT-in Bakı ofisindən verilib. Verilən məlumata görə, Brişambo səfəri çərçivəsində Azərbaycanın rəsmi şəxsləri və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşəcək. Baş katib səfərinin yekunları üzrə mətbuat konfransı da keçirəcək.