?Azərbaycanın Hərbi Doktrinasının hazırlanması və qəbulu üçün xüsusi qrup yaradılıb. Bu məsələ Azərbaycan prezidenti İlham Əliyevin nəzarətindədir?. Bu sözləri Milli Məclisin təhlükəsizlik və müdafiə komitəsi sədrinin müavini Aydın Mirzəzadə deyib. Onun sözlərinə görə, Milli Təhlükəsizlik Konsepsiyası qəbul olunandan sonra Hərbi Doktrinanın hazırlanması zəruridir və konsepsiyada doktrinanın qəbulu məsələsi də var. Ona görə də xüsusi qrup yaradılmış və hazırda layihə üzərində ciddi iş gedir. Hərbi Doktrinanın layihəsi payız sessiyasına qədər hazır olacaqdır. Komitə sədrinin müavini onu da qeyd edib ki, doktrina olmasa da, Azərbaycan ordusunun səviyyəsi dünyanın ən nümunəvi hərbi qüvvələrinin standartlarına uyğunlaşdırılır. Qeyd edək ki, Azərbaycanın Hərbi Doktrinasının layihəsinə NATO müsbət rəy verib.