Gənc müğənni Zamiqlə bağlı xozagəlməz zayiələr yayılıb
Bir müddət əvvəl xanım həmkarı Natavan Həbibi ilə konsert vermək istəyi reallaşmayan Zamiq haqqında xəbər yayılıb. pia.az-ın məlumatına görə, Bakıda, Daxili İşlər Nazirliyinin yanında seksual azlıqların yeni fəaliyyətə başlayan barında bir neçə həmkarları ilə bərabər Zamiq də iştirak edib.
Bu gün müğənninin mətbuat katibi Ləman Tağıyeva Show.az-la əlaqə saxlayıb, yayılan məlumatın dezinformasiya olduğunu bildirib: - ?Bilmirəm, kim hansı məqsədlə bu şaiyəni yayıb. Həmin xəbəri yayanlar məhkəmə qarşısında cavab verəcək. Qoy sübut etsinlər. Zamiq son bir neçə gündə ümumiyyətlə, Bakıda olmayıb.?
Qeyd edək ki, xəbəri yayan mənbə həmin barda iştirak edənlərdən birinin də opera müğənnisi Ülvi Qılınc olduğunu yazıb. Show.az Ülvi Qılıncla da əlaqə saxlayıb. Müğənni eşitdiyi xəbərdən təəccüblənib: - ?Harda olduğumu yazıblar?! ... (Müəllif, özündən çıxan müğənninin emosional dediyi sözləri yazmağa ehtiyac görmür - Show.az) Mən xeyli vaxtdır ki, bağda qalıram. Şəhərə nadir hallarda gəlirəm.?
DİGƏR XƏBƏRLƏR
2026-04-07 09:04
2026-04-06 15:45
2026-04-06 14:07
2026-04-04 17:46
2026-04-04 13:47