Rəşid Behbudov adına Mahnı Teatrı da mövsümü başa vurmağa hazırlaşır. Müstəqil İnformasiya Agentliyinə sözügedən mədəniyyət ocağından verilən məlumata görə, kollektiv iyulun 15-də qapılarını tamaşaçıların üzünə bağlayacaq. Qeyd edək ki, bu məddətə kimi teatrda iki tədbir keçiriləcək. Həmin mərasimlərdən sonra qapılarını tamaşaçıların üzünə bağlayan kollektiv bir də sentyabrın ikinci ongünlüyündə iş başında olacaq.