Bu gün Belarusun baş naziri Sergey Sidorski Azərbaycana işgüzar səfər edəcək. Səfər bir gün davam edəcək. Belarus nümayəndə heyətinin tərkibində kənd təsərrüfatı və ərzaq, eləcə də, ticarət naziri, memarlıq və tikinti və sənaye nazirlərinin müavinləri gələcəklər.