Ali Məhkəmə Fərhad və Rafiq Əliyev qardazlarının kasasiya zikayəti təmin etmədi
Bu gün Ali Məhkəmədə sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev, onun qardaşı ?Azpetrol? Şirkətlər Qrupunun sabiq prezidenti Rafiq Əliyevin kasasiya şikayətinə baxılıb. Keçmiş nazirin vəkili İsaxan Aşurovun sözlərinə görə, hakim Əli Seyfəliyevin sədrlik etdiyi məhkəmə Bakı Apellyasiya Məhkəməsinin qərarını qüvvədə saxlayıb.
Məlumat üçün bildirək ki, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə F.Əliyev 10, R.Əliyev isə 9 il müddətinə azadlıqdan məhrum ediliblər. Onlar Azərbaycan Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 (mənimsəmə və ya israf etmə), 192.1, 192.2-ci (qanunsuz sahibkarlıq), 206.4 (qaçaqmalçılıq), 213.4 (vergi ödəməkdən yayınma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1, 311.2, 311.3.3 (rüşvətalma), 313 (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunub.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51