Abdulla Gül və Barak Obama Dağlıq Qarabağdan danızıblar
Türkiyə prezidenti Abdulla Gül iyulun 5-də ABŞ prezidenti Barak Obama ilə telefonla danışıb. CNN Türk-ün məlumatına görə, Obama Moskva səfərindən öncə Abdulla Güllə əsasən Qafqazdakı vəziyyəti müzakirə edib. Ağ evdən verilən açıqlamaya görə, Gül Obamaya Qahirədəki çıxışı ilə bağlı olaraq təşəkkür edib.
Bir Ağ ev səlahiyyətlisinin verdiyi məlumata görə, Gül Türkiyə-Ermənistan əlaqələrindəki son vəziyyət barədə də Obamaya məlumat verib. İki dövlət başçısı Minsk Qrupunun Dağlıq Qarabağ prosesində oynadığı rola da toxunublar.
Hər iki prezident Türkiyə-Amerika əlaqələrinin güclü olduğuna diqqət çəkiblər, təhlükəsizlik və rifah mövzularında ortaq hərəkət etməyə davam edəcəklərini vurğulayıblar.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 14:39
2026-04-07 10:00
2026-04-07 08:54
2026-04-07 00:03
2026-04-06 14:53
2026-04-06 13:33
2026-04-06 10:29
2026-04-06 09:50