179504 ailəyə ünvanlı sosial yardım verilir
1 iyun 2009-cu il tarixinə olan məlumata əsasən, Azərbaycanda 179504 ailə dövlətdən ünvanlı yardım alır.
Bu barədə Müstəqil İnformasiya Agentliyinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Asəf Əbdüləzimov məlumat verib. Onun sözlərinə görə, ölkədə hər ailəyə düşən ünvanlı yardımın orta aylıq məbləği 98,19 manat, hər ailə üzvünə düşən ünvanlı yardımın orta aylıq məbləği isə 21,56 manatdır: ?Yardım alan ailələrin 77,8 faizi dövlətdən ilk dəfə yardım alanlardır ki, bunu da ünvanlılığın təzahürü kimi qiymətləndirmək olar?.
A.Əbdüləzimov həmçinin deyib ki, ünvanlı sosial yardım almaq üçün mərkəzlərdə qeydiyyata alınmış aztəminatlı ailələrin tədricən yoxsulluq həddindən çıxarılmaları üçün nazirlik tərəfindən ?Aztəminatlı ailələrin sosial reablitasiyası proqramı? layihəsi hazırlanıb: ?Layihənin sınaqdan keçirilməsi və təkmilləşdirilməsi ilə bağlı seçilmiş pilot rayonlarda-İsmayıllı, Quba, Masallı və Bakının Nizami rayonlarında tədqiqatlar aparılmaqdadır. Bu proqram layihəsi 13 passiv və aktiv layihəni özündə birləşdirir və yoxsulluq vəziyyətində yaşayan ailələrin hər birinin fərdi şəkildə aktiv layihələrə cəlb olunması və nəticədə yoxsulluq vəziyyətindən çıxmalarını nəzərdə tutur?.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 17:00
2026-04-07 14:05
2026-04-07 13:54
2026-04-07 12:45
2026-04-06 17:00
2026-04-06 13:25
2026-04-05 17:19