İyunun 30-da Tarif (qiymət) Şurasının iclasında ?Azəriqaz? QSC-nin əhali istehlakçı qrupuna satılan qazın qiymətinə yenidən baxılmasına dair müraciəti müzakirə olunub. Təbii qazın istehlakında israfçılığın qarşısının alınması, əhalinin təbii qazla keyfiyyətli və etibarlı təminatının daha da yaxşılaşdırılması məqsədi ilə, eləcə də mövcud qiymətin çəkilən xərcləri ödəməməsi nəzərə alınaraq hər 1000 kubmetr təbii qazın qiyməti 47,2 manatdan 100,0 manata dəyişdirilib. Şura son dövrlərdə ölkəyə daxil olan internet trafikinin həcminin artdığı və internet şəbəkəsinə qoşulma haqlarının aşağı salındığını əsas gətirərək ?AzStateNet? dövlət internet və xüsusi rabitə xidmətlərinin aylıq abunə tariflərini (SİR) kanal tutumundan asılı olaraq 44,4-66,0 faiz arasında aşağı salıb. 128, 256, 384, 512, 768, 1024, 1536 və 2048 kb/s kanal tutumları üzrə aylıq abunə tarifləri 30, 60, 85,125, 170, 250, 375, 500 manat səviyyəsində müəyyənləşdirilib. Qəbul olunmuş qərarlar 2009-cu il iyulun 1-dən tətbiq ediləcək.