Azərbaycan-Gürcüstan sərhəddində qarızıqlıq yaranıb
Azərbaycan-Gürcüstan sərhəddindəki Qırmızı körpü keçid məntəqəsində basabas yaranıb. Bu barədə Müstəqil İnformasiya Agentliyinə (MİA) sərhəddi keçmək istəyən Gürcüstan vətəndaşlarından biri məlumat verib.
Mənbə deyib ki, sabahdan miqrasiya hıqqında qanunun tətbiqi sərhəd-keçid məntəqəsi əməkdaşlarının sui-istifadə hallarına yol verməsinə səbəb olub. Onun sözlərinə görə, artıq bu gündən sərhəddi keçmək istəyən Gürcüstan vətəndaşları olan azərbaycanlılara süni problemlər yaratmağa başlayıblar. Müsahibimiz deyib ki, sərhəddin Azərbaycan tərəfində böyük növbələrin yaranması rüşvətxorluq hallarının meydana çıxması ilə müşayiət olunur. Sərhədçilər növbədə dayanmış azərbaycanlılardan 10 manat alaraq, onların avtomobillərin hərəkəti üçün nəzərdə tutulan yoldan Gürcüstan ərazisinə keçməsinə şərait yaradırlar. Rüşvət vermək istəməyən vətəndaşları isə müxtəlif bəhanələrlə saatlarla növbədə dayanmağa vadar edirlər.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 14:39
2026-04-07 10:00
2026-04-07 08:54
2026-04-07 00:03
2026-04-06 14:53
2026-04-06 13:33
2026-04-06 10:29
2026-04-06 09:50