İyunun 29-da Rusiya prezidenti Dmitri Medvedyevin Azərbaycana işgüzar səfəri başa çatıb. Heydər Əliyev adına Beynəlxalq hava limanında Rusiya dövlətinin başçısını Azərbaycanın baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər yola salıblar. Qeyd edək ki, Medvedev Azərbaycana səfəri zamanı prezident ilham Əliyevlə görüşüb. Bundan əlavə, hər iki ölkə arasında qaz sazişi imzalanıb.