AST Telmanın çerkizov bazarı bağlandı
"Çerkizov bazarı sanitar normalara riayət olunmaması səbəbindən müvəqqəti olaraq bağlanıb". "RİA-Novosti"nin xəbərinə görə, bu barədə Moskvanın Şərqi inzibati dairəsinin perfekti Nokolay Yevtixiyev məlumat verib.
"Biz son iki həftə ərzində İstehlaka Nəzarət Xidmətindən Çerkizov bazarında bir sıra pozuntular barədə xeyli məktub almışıq və təbii olaraq bütün çatışmazlıqlar və pozuntuların aradan qaldırılması üçün bazarın müvəqqəti olaraq bağlanması barədə qərar qəbul etmişik",- deyə Yevtixiyev bildirib.
Xatırladaq ki, Moskvanın iri bazarlarından olan Çerkizov son həftələr qaçaqmalçılqla bağlı qalmaqal mərkəzinə çevrilib.
Onu da bildirək ki, Çerkizov bazarı Azərbaycanlı iş adamı AST Telmana məxsusdur.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 17:00
2026-04-07 14:05
2026-04-07 13:54
2026-04-07 12:45
2026-04-06 17:00
2026-04-06 13:25
2026-04-05 17:19