Hakimiyyətyönlü bir neçə partiya ?Birlik? adlı yeni siyasi blok yaradır. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, sabah Media Mərkəzində toplaşacaq Azad Respublikaçılar, Milli Dövlətçilik, Milli Hərəkat, Demokratik Ziyalılar, Azərbaycan Mübarizləri partiyaları blokun təsis edilməsi ilə əlaqədar qarşılıqlı əməkdaşlıq sazişi imzalayacaqlar. Siyasi blokda təmsil olunacaq partiyalar üç öhdəlik götürəcəklər: qarşılıqlı olaraq hüquqi, təşkilatı və informativ yardım göstərməklə ölkədə siyasi mədəniyyətin inkişafına kömək etmək, seçkilərlə bağlı məsləhətləşmələri, əməkdaşlığı birgə həyata keçirmək, partiyaların mərkəzi, rayon və yerli orqanların işlərini əlaqələndirməkdir. Qeyd edək ki, yeni blok yaradan partiyalar indiyə qədər hakimiyyətyönlü Məşvərət Məclisində təmsil olunublar.