Bütün sənət ocaqlarından fərqli olaraq, Muğam Teatrı iyul ayının sonuna kimi işləyəcək. Teatrın direktoru Arif Qazıyevin Müstəqil İnformasiya Agentliyinə verdiyi məlumata görə, kollektivin istirahətə gec yollanmasının səbəbi işlərin çoxluğu ilə əlaqədardır. ?İşlər çoxdur. Xüsusiylə də yaradıcı işlər. Biz isə çalışırıq ki, öhdəmizdə olan bütün layihələri təhvil verək. Hələ bir-iki yaradıcılıq gecəsi keçirilməsini nəzərdə tutmuşuq. Amma həmin gecələrin hansı sənət adamlarına həsr ediləcəyi dəqiqləşməyib.Yaxın günlərdə o gecələrin sahibləri də bəlli olacaq. Bundan başqa isə daha bir neçə tədbir keçiriləcək?.