Azərbaycan Dövlət Filormoniyası bu mövsümü başa vurdu. Bu barədə məlumat Müstəqil İnformasiya Agentliyinə sözügedən mədəniyyət ocağının mətbuat xidmətindən verilib. İyulun 1-dən etibarən istirahətə yollanan kollektiv başa vurduqları mövsümdə özünün rəngarəng proqramları ilə yadda qalıb. Azərbaycan sənətkarları ilə yanaşı, bu səhnədə əcnəbi sənət adamları da çıxış etdilər. Bundan başqa, filormoniyanın solistləri də əcnəbi ölkələrin teatr və konsert salonlarında Azərbaycan musiqisini yetərincə təbliğ edib. Qeyd edək ki, filormoniya öz tamaşaçılarına yeni mövsümdə sentyabrın 17-də salamlayacaq. Mətbuat xidmətindən verilən məlumata görə, gələn mövsümdə musiqisevərlər əcnəbilərlə yanaşı yerli sənət adamlarının ifalarını daha çox dinləyəcəklər.