NATO Beynəlxalq Məktəbinin "dəniz təhlükəsizliyi" mövzusunda sessiyası bazlayıb
Bu gün Bakıda NATO Beynəlxalq Məktəbinin (NİSA) "dəniz təhlükəsizliyi" mövzusunda sessiyası başlayıb. ANS PRESS-in məlumatına görə, dəniz təhlükəsizliyi mövzusuna həsr olunmuş sessiyada dəniz təhlükəsizliyi anlayışına xüsusi nəzəri və praktiki yanaşmalar, dəniz quruluğu və dənizdə törədilən cinayət fəaliyyətləri, dəniz limanlarının təhlükəsizliyi və dəniz səhrədləri, eləcə də bütün qeyd olunan məsələlərin beynəlxalq hüquqi aspektləri müzakirə olunur.
Tədbirin açılışında Azərbaycan NATO Beynəlxalq Məktəbin direktoru Mikayıl Yusifov çıxış edərək bildirib ki, sessiya müddətində iştirakçıların dəniz quldurluğu və dənizdə törədilən digər cinayət əməllərinə qarşı mübarizə sahəsində mövcud praktiki nümunələr əsasında fikir mübadiləsi aparılacaq.
Sessiyada Azərbaycanın Xarici İşlər Nazirliyinin, NATO-nun, xarici dövlətlərin Bakıdakı səfirliklərinin, Azərbaycanın dəniz təhlükəsizliyi ilə məşğul olan aidiyyəti dövlət qurumlarının nümayəndələri iştirak edirlər.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 14:39
2026-04-07 10:00
2026-04-07 08:54
2026-04-07 00:03
2026-04-06 14:53
2026-04-06 13:33
2026-04-06 10:29
2026-04-06 09:50