İyunun 1-dən bu günədək Azərbaycan İpoteka Fonduna müvəkkil kredit təşkilatları tərəfindən adi ipoteka krediti almaq məqsədilə müraciət etmiş 500-dən artıq vətəndaşın rəsmi ərizələri qəbul edilib. Bü bu barədə Müstəqil informasiya agentliyinə fondun mətbuat xidmətindən məlumat verilib. Qurumdan bildirilib ki, daxil olmuş müaraciətlər üzrə kredit məbləğlərinin ümumi həcmi 22 milyon manatdan çoxdur. İpoteka Fondundan verilən digər məlumata görə iyunun 16-dan bü günədək güzəştli ipoteka kreditləri almaq istəyən şəxslərdən ümumi məbləği 1 milyon manata yaxın olan 28 müraciət qəbul edilib.