Dünya zöhrətli müğənni, pop musiqisinin kralı Maykl Cekson dünyasını dəyizib
Dünya şöhrətli müğənni, pop musiqisinin kralı Maykl Cekson iyunun 25-də Los Ancelesdə ürək tutmasından vəfat edib. Xarici agentliklərin yaydığı xəbərlərə görə, ola bilər ki, Maykl Cekson ağrıkəsici Demerol iynəsi vurulandan sonra nəfəs ala bilməyib. Onun şəxsi həkimi Maykla süni nəfəs verməyə çalışıb, təcili yardım xidməti 8 dəqiqəyə gəlib və o, reanimasiyaya aparılıb. Amma ürəyin fəaliyyətinin bərpası üçün atılan bütün addımlar əbəs olub.
Onun xərçəng xəstəliyinə tutulmasına dair söz-söhbətlər yayılmışdı. Afrika mənşəlilər arasında milyonda bir rast gəlinən və dəridə rəng itkisinə səbəb olan "Vitiligo" xəstəliyinə tutulan Cekson 1980-ci illərdə bir sıra əməliyyatlar nəticəsində dərisinin rəngini dəyişərək ağ etmişdi. O, önümüzdəki ay Londonda təxminən bir il davam edəcək konsert turnesinə başlamalıydı.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 09:04
2026-04-06 15:45
2026-04-06 14:07
2026-04-04 17:46
2026-04-04 13:47