AMiP rəhbərliyi regionlarda bələdiyyə hazırlıqları ilə maraqlanır
Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) qarşıdan gələn bələdiyyə seçkiləri ilə bağlı hazırlıqları davam etdirir. Bu barədə Müstəqil İnformasiya Agentliyinə məlumat verən AMİP-in mətbuat və təbliğat katibi Əli Orucov deyib ki, hazırda regionlarda hazırlıq işləri ilə maraqlanırlar.
Ə.Orucov onu da bildirib ki, bu məqsədlə Gəncəyə yola düşəsək. Onun sözlərinə görə, sabahdan başlayaraq, Gəncədə yerli təşktlatlarının seçki hazırlıqları ilə maraqlanacaq, lazımi tapşırıqlar veriləcək: ?AMİP-in mərkəzi aparatından mən və bir neçə funksioner Gəncədə seçki hazırlığı, insanların seçkiyə münasibəti ilə maraqlanacağıq. Öz tərəfdarlarımızla, partiyanın yerli nümayəndələri ilə görüşüb müzakirələr aparacağıq və lazımi tapşırıqlarımızı verəcəyik?.
AMİP yetkilisi onu da nəzərə çatdırıb ki, bundan sonra bir çox regionlarda partiyanın seçki hazırlığının hansı səviyyədə olmasıyla bağlı müşahidələr aparacaqlar.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51