Antiinhisar Siyasəti və istehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti yaradıldı
Prezident İlham Əliyev İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti yaradılması haqda fərman imzalayıb. Fərmana əsasən, qurum Antiinhisar və İstehlak Bazarına Nəzarət üzrə dövlət xidmətlərinin bazasında yaradılır.
Dövlət xidməti işçilərinin say həddi 172 ştat vahidi müəyyən edilib. Nazirlər Kabinetinə bir ay müddətində Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti haqqında əsasnamənin layihəsini hazırlayıb prezidentə təqdim etmək tapşırılıb.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 17:00
2026-04-07 14:05
2026-04-07 13:54
2026-04-07 12:45
2026-04-06 17:00
2026-04-06 13:25
2026-04-05 17:19