Bu gün Azərbaycanın eks-prezidenti, milli azadlıq hərəkatının lideri Əbülfəz Elçibəyin 71 yaşı tamam olur. Bununla əlaqədar müxalifət partiyaları Elçibəyin məzarını ziyarət ediblər. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, bu gün öncə Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) rəhbərliyi bəyin məzarını ziyarət ediblər. Daha sonra isə Qarabağ və Respublika Uğrunda Vətəndaş Hərəkatına daxil olan partiya rəhbərləri də Elçibəyin məzarı önünə gələrə, onu yad ediblər. Qeyd edək ki, Elçibəyin doğum günü ilə əlaqədar KXCP-nin qərargahında tədbir də keçiriləcək.