Xəbər verildiyi kimi, Türkiyənin ?Evrovision? təmsilçisi Hadisə iyulun 10-da Bakının Yaşıl Teatr Konsert Kompleksində konsert verəcək. Artıq konsertin biletlərinin qiyməti müəyyənləşib. Konsertin təşkilatçılarının verdiyi məlumata görə, biletlər 20-150 manat civarında olacaq. Biletlər sabahdan satışa çıxarılacaq, istəyənlər biletləri Yaşıl Teatr Konsert Kompleksinin kassaları ilə yanaşı, şəhərin mərkəzində fəaliyyət göstərən satış mərkəzlərində də ala bilərlər. Verilən məlumata görə, reklam çarxlarının nümayişinə və paytaxt küçələrində afişaların asılması prosesinə də sabahdan strat veriləcək. Konsertdə Azərbaycanlı ?Eurovision?çu Aysel də bir neçə mahnı ilə çıxış edəcək.