Gənc müğənni Niyaməddin Salami bu gün ailə həyatı qurur. Sənətçi toy mərasiminə yalnız qohumlarını və yaxın tanışlarını dəvət edib. Müğənni toy mərasiminin jurnalistlər tərəfindən işıqlandırılmasının əleyhinə olduğu üçün sonuncuları məclisə dəvət etməyib. Xatırladaq ki, Niyaməddin Salami məşhur türk sənət musiqisi ifaçısı Bülent Ersoyun üslubunda oxuyan müğənni kimi tanınır.