iran Konstitusiyaya Nəzarət Şurası seçkidə pozuntular olduğunu bəyan edib
İranda Konstitusiyaya Nəzarət Şurası iyunun 12-də keçirilən prezident seçkisində qanun pozuntuları olduğunu təsdiqləyib. "Cihan"nın məlumatına görə, şuranın sözcüsü Abbas Əli Kadhüdayi İRIB kanalına açıqlamasında 3 milyona yaxın səsin araşdırıldığını bildirib. Onun sözlərinə görə, 50-yə yaxın şəhərdə səslərin sayının seçici sayından artıq olduğu müəyyənləşib.
Qeyd edək ki, Mahmud Əhmədinejat seçkini seçicilərin 63 faizinin səsini toplayaraq qazanıb. İslahatçı namizəd Mir Hüseyn Musəvi isə 34 faiz səs qazanıb. Seçkilərdən sonra o səsvermənin nəticələrinin saxtalaşdırıldığını bildirmiş və səsvermənin yenidən keçirilməsini tələb etmişdi. Nəticələrə etiraz edən minlərlə iranlı küçələrə çıxaraq etirazlarını bildiriblər.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 14:39
2026-04-07 10:00
2026-04-07 08:54
2026-04-07 00:03
2026-04-06 14:53
2026-04-06 13:33
2026-04-06 10:29
2026-04-06 09:50