?ilahi? klipinə təqdimat mərasimi keçiriləcək
Bazar günü uzun zamandır üzərində iş gedən ?İlahi? adlı əsərin təqdimat mərasimi keçiriləcək. Müstəqil İnformasiya Agentliyinə bu barədə məlumat verən nəğməkar şair Baba Vəziroğlunun sözlərinə görə, əsər ATV-nin ?Çal-çağır-şou? adlı proqramında təqdim ediləcək.
Sözləri Baba Vəziroğluna, musiqisi Kamala məxsus olan ?İlahi? mahnısı xalq artisti Alim Qasımovun ifasında səslənəcək: ?Əsər artıq hazırdır. Üçlük üzərinə düşən işi həll etdi. Bazar günü biz bu layihəni təqdim edəcəyik. İnanıram ki, ?İlahi? Azərbaycan xalqının ürəyindən xəbər verəcək?,- deyən nəğməkar şairin sözlərinə görə, layihənin ikinci hissəsinə bu yay yekun vurulacaq.
B.Vəziroğlu ?İlahi?nin ikinci hissəsində nələrin olacağından da söz açdı: ?İlahi? klip halında təqdim ediləcək. Bu klipin çəkliş işlərinə təqdimatdan sonra start veriləcək. Bunun üçün məkan da seçilib: Naxçıvan və İsmayıllı rayonu. Bu işi görmək isə Elçin Əlibəylinin rəhbərlik etdiyi kollektivə həvalə edilib. Hələ ki, klipin necə alınacağı barədə bir söz demək çətindir. Amma bütün bunlara baxmayaraq, ümid edirik ki, klip əsərə bir azda rəng qatacaq?.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 09:04
2026-04-06 15:45
2026-04-06 14:07
2026-04-04 17:46
2026-04-04 13:47