Yaxın vaxtlarda ölkədəki yeni iş yerlərinin sırasına biri də əlavə olunacaq. Belə ki, xeyli vaxtdır Sumqayıtda inşa olunan xam kağız emalı müəssisəsi ? ?Sumqayıt karton? Məhdud Məsuliyyətli Cəmiyyət tezliklə işə başlayacaq. Bu barədə Müstəqil İnformasiya Agentliyinə İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Müəssisədə əsasən kağız və karton istehsalı nəzərdə tutulur. Artıq layihə üzrə nəzərdə tutulan işlər yekunlaşmaq üzrədir. Zavoda istehsal təyinatlı bütün avadanlıqlar quraşdırılıb, hazırda texniki sazlama işləri aparılır. Bütün bu işlərə 100 nəfərdən çox işçinin cəlb olunduğu bildirilir.