Zahidə Günəş yeni mahnılar üzərində işləyir. Müstəqil İnformasiya Agentliytinə məlumat verən müğənninin sözlərinə görə, onun repertuarında yer alan mahnılar tanınmış bəstəkarların sənət əsərləridir. ?Mən sənətdəyəm. Gözəl mahnılar yazdırmışam. Tanınmış bəstəkarların əksəriyyəti ilə iş birliyi qurmuşam. Sadəcə, efirlərə çıxmıram. Ona görə də bu mahnıları eşidən yoxdur. Hər halda, yaxın vaxtlar bu mahnılar pərəstişkarların ixtiyarına veriləcək? deyən müğənni xit mahnılarından birinə klip çəkdirməyi də planlaşdırıb.