?Economic intelligent Unit?in Azərbaycanla bağlı hesabatlarında yer alan nəticələr qeyri-adi deyil
?Beynəlxalq təşkilatların Azərbaycanla bağlı verdikləri istənilən hesabatları normal qarşılamaq lazımdır. Onlar tədqiqatını aparır, öz metodologiyasını çap edirlər və hər kəs həmin metodologiya ilə tanış olmaq imkanına malikdir?.
Bu sözləri Müstəqil İnformasiya Agentliyinə açıqlamasında ?İqtisadi Təşəbbüslərə Yardım? İctimai Birliyinin sədri Azər Mehtiyev ?Economic İntelligent Unit?in Azərbaycanla bağlı hesabatına münasibət bildirərkən deyib. Onun sözlərinə görə, adıçəkilən təşkilat neçə illərdir ki, öz hesabatlarını hazırlayaraq ciddi nəticələr ortaya qoyur: ?Onların ölkəmizlə bağlı hesabatında yer alan nəticələr qeyri-adı deyil. Bu haqda hələ ayrı-ayrı dövrlərdə Azərbaycan iqtisadçıları da müxtəlif fikirləri səsləndirib. Təbii ki, tədqiqat aparılan dövr böhranın dərinləşdiyi və neftin qiymətinin aşağı düşdüyü dövr idi. Ola bilər ki, neftin qiymətinin dəyişməsi ilə həmin hesabatda təqdim olunan bəzi müddəalara fərqli yanaşma ortaya qoyulsun. Ancaq bütövlükdə tendensiya olaraq, düzgün nəticələr ortaya qoyulur?.
A.Mehtiyev onu da bildirib ki, beynəlxalq təşkilatların müxtəlif ölkələrlə bağlı açıqladıqları hesabatlar beynəlxalq aləmə çatdırılır: ?Xarici ölkələrdə biznes dairləri və investorlar məhz bu hesabatlara əsaslanaraq, qərarlar qəbul edirlər. Ona görə də kimlərinsə bu kimi beynəlxalq təşkilatlarla razılaşmaması düzgün və normal deyil?.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 17:00
2026-04-07 14:05
2026-04-07 13:54
2026-04-07 12:45
2026-04-06 17:00
2026-04-06 13:25
2026-04-05 17:19