Bu gün ilk dəfə olaraq İpoteka Fondunun istiqrazlarının yerləşdirilməsinə başlanılıb. Hərraca 15 milyon manat həcmində adlı, faizli istiqraz çıxarılıb. Bir istiqrazın nominal satış qiyməti 1000 manat təşkil edir. İllik gəlirliyi 3 faiz olan istiqrazlar 7 illiyə buraxılıb və onların son ödəmə tarixi 2016-cı ilin mayına qədərdir. Xatırladaq ki, emissiyanın ümumi həcmi 55 milyon manatdır. Brokerlər deyir ki, bu kağızlar dövlət təminatlı olduğundan investorların marağına səbəb olacaq.