MMP yeni fəaliyyət proqramını rəsmiləzdirir
Xəbər verildiyi kimi, Müasir Müsavat Partiyasının İdarə Heyəti bir müddət öncə partiyanın proqramında dəyişiklik edilməsi barədə qərar qəbul edib. Bunun üçün 5 nəfərdən ibarət Redaksiya Heyəti və 13 nəfərdən ibarət İşçi Qrupu da yaradılıb.
MMP-dən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, hazırlanmış proqram İdarə Heyətində bir neçə dəfə müzakirəyə çıxarılıb. Müzakirələr zamanı həmin layihədə yer alan bəzi maddələrə əlavə və dəyişikliklər edilməsi üçün yeni təkliflər irəli sürülüb. Sonra isə yekun variant müzakirəyə çıxarılıb. Toplantı iştirakçıları tərəfindən bəyənilən proqramın Siyasi Şuranın təqdimatına verilməsi qərara alınıb.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51