gn=left]2010/v.beyturan-foto.jpg[/libt] MQP Siyasi Şurasının növbəti iclası keçirilib. İclasda MQP Böyük Məclisinin keçiriləcəyi tarix və müzakirə olunacaq məsələlər ətrafında diskussiyalar aparılıb. MQP Siyasi Şurasındakı müzakirələr barədə məlumat verən Siyasi Şura üzvü Yusif Əli Böyük Məclisin iclasının keçirilmə tarixinin 28 iyuna təyin olunduğunu bildirib. Məclisin gündəliyində MQP başqanı Vüqar Bəyturanın istefası, partiyanın siyasi kursu, bələdiyyə seçkilərində iştiraka münasibət və təşkilati məsələlər olacağını qeyd edən Yusif Əli sözügedən toplantının partiyanın taleyində müstəsna əhəmiyyətə malik olacağını vurğulayıb. MQP Siyasi Şurası azərsayt quruluşunun rəhbərliyinə müraciət olunması barədə də qərar qəbul edib. Müraciətin səbəbi partiyanın saytından imtina etməsinə baxmayaraq hələ də saytın müəllif sütununda MQP rekvizitlərinin saxlanması və xəbərdarlıqlara baxmayaraq bu yanlışlığın aradan qaldırılmamasıdır.