Türkiyə Qarabağ münaqizəsini BMT Təhlükəsizlik Şurasının müzakirəsinə çıxaracaq
"Türkiyə Dağlıq Qarabağ münaqişəsini BMT Təhlükəsizlik Şurasının müzakirəsinə çıxaracaq". Bu barədə "Trend" agentliyinə şurada sədrlik mandatını yenicə əldə etmiş Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu məlumat verib. Onun sözlərinə görə, bu ay təhlükəsizlik şurasının gündəliyində müxtəlif məsələlər müzakirə ediləcək və Türkiyə Qarabağ mövzusu da daxil olmaqla, beynəlxalq maraq və aktuallıq kəsb edən bütün məsələlərin müzakirəsinin tərəfdarıdır.
Türkiyəli diplomat qeyd edib ki, ölkəsi Ermənistanla Azərbaycan arasında aparılan danışıqların məhsuldar olmasını istəyir. "Biz həmçinin bu məsələ üzərində ATƏT-in Minsk qrupu çərçivəsində də çalışırıq. Vaşinqtona səfərim zamanı Amerika Birləşmiş Ştatlarının rəhbərliyi ilə bu məsələni müzakirə etdik və belə nəticəyə gəldik ki, bizim ümumi məqsədimiz bu münaqişənin həllinə birlikdə maksimum yardım etməkdir".
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51