Milli Məclisin deputatları İlyas İsmayılov və Zahid Oruc iyunun 14-dən 19-dək Böyük Britaniyanın London və Şimali Lester şəhərlərində səfərdə olacaq, ATƏT-in Bakı ofisi ilə Birləşmiş Krallıq Hökumətinin birgə təşkil etdiyi ?Terrorizmə qarşı mübarizədə hərtərəfli yanaşma? mövzusunda tədbirdə iştirak edəcəklər. Milli Məclisin mətbuat xidmətindən verilən məlumata görə, səfər zamanı Birləşmiş Krallığın səmərəli təcrübəsinin öyrənilməsi məqsədilə bu ölkənin yüksək vəzifəli hökumət rəsmiləri, parlament üzvləri, məsləhətçilər və mütəxəssislərlə görüşlər keçiriləcək, terrorizmə qarşı mübarizədə parlamentin, Nazirlər Kabinetinin, medianın, təhsilin rolu barədə fikir və təcrübə mübadiləsi aparılacaq. Tədbir iştirakçılarına Londonda Daxili İşlər Nazirliyində polis təcrübəsi və çətinlikləri ilə, Şimali Lesterdə isə yerli hakimiyyətin həyata keçirdiyi tədbirlərlə tanış olmaq imkanı da yaradılacaq, terrorizmə qarşı mübarizənin effektiv aparılması üçün sosial elmlərdən, texniki təcrübədən istifadə məqamlarına nəzər salınacaq.