Azıqlar Birliyi azıqlara hələ də vahid geyim tətbiq edə bilmir
Bir müddət öncə Aşıqlar Birliyinə sədri seçilən tanınmış şair Zəlimxan Yaqub rəhbərliyə başlayandan sonra bu sahədəki problemlərin həllinə çalışacağını bildirmişdi. Yeni sədr ilk növbədə aşıqların keçmiş şöhrətinin özünə qatarılması istiqamətində və aşıq müsiqisini ucuzlaşdıranlara qarşı mübaizə aparacağına söz verib.
Qeyd edək ki, son illər aşıqların vahid geyimdə olmaması da ictimaiyyət tərəfindən birmənalı qarşılanmır. Çoxları düşünür ki, səhnəyə aşıq geyimində çıxmayan, kostyum geyinən, qalstuk taxan aşıqları əsl sənətkar hesab etmək olmaz.
Aşıqlar Birliyinin sədri Zəlimxan Yaqub bu problemin onu da narahat etdiyini bildirib. O, Müstəqil İnformasiya Agentliyinin əməkdaşı ilə söhbəti zamanı deyib ki, məsələni tədricən yoluna qoymaq niyyətindədirlər: ?Elə məsələ var ki, onu döyə-döyə, elə məsələ də var ki, öyə-öyə yoluna qoymaq tələb olunur. Biz aşıqlara aşıq paltarı geyindirmək üçün ikinci yolu seçmişik?.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 09:04
2026-04-06 15:45
2026-04-06 14:07
2026-04-04 17:46
2026-04-04 13:47