Həbsxanada aclıq edən AMiP-çi aksiyanı dayandırmaq məcburiyyətində qalıb
Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) həbsdə olan fəalı Musa Rahim aclıq aksiyasını dayandırıb. Bu barədə Müstəqil İnformasiya Agentliyinə AMİP-in mətbuat və təbliğat katibi Əli Orucov məlumat verib.
Ə.Orucovun sözlərinə görə, Musa Rahimin aclıq aksiyasını dayandırmasına səbəb səhhətində yaranan ciddi problemlər olub: ?Bilirsiniz ki, Musa Rahim neçə vaxtdır aclıq aksiyası keçirir. Ancaq aksiyanı davam etdirmək artıq onun üçün ölümlə üzləşmək həddindəydi. Çünki səhhətində kifayət qədər ciddi problemlər var və aclıq aksiyası vəziyyətini daha da pisləşdirib. Ona görə də biz ona neçə müddətdir, xahiş edirdik ki, aclığı dayandırsın. Artıq Musa Rahim bizim xahişimizi nəzərə alaraq, aksiyanı dayandırıb?.
AMİP funsioneri onu da bildirib ki, partiya olaraq, Musa Rahimin irəli sürdüyü tələblərlə bağlı Ədliyyə Nazirliyinə və Respublika Prokurorluğuna müraciətləri gündəmdədir. Onun sözlərinə görə, yəqin ki, yaxın günlərdə adıçəkilən qurumlara müraciət göndərəcəklər.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51