Yusif Şeyxov haqqında mənfi fikirlər yayılan ?Ehram TV? filmindən danızmaq istəmədi
Kinorejissor Ayaz Salayevin ekranlaşdırdığı ?Ehram TV? filminin çəkliş işləri hələ də yekunlaşmayıb. Amma buna baxmayaraq, bəzi mətbu orqanlarda yazılıb ki, filmdə siyasi məqamlar olduğu üçün, buna Mədəniyyət və Turizm Nazirliyi tərəfindən qadağa qoyulub. Nazirliyin Kinemotoqrafiya şöbəsindən isə Müstəqil İnformasiya Agentliyinə deyiblər ki, tamamlanmamış bir film barəsində qabaqcadan mənfi fikir yürütmək və mətbuat səhifələrində onu gözdən salmaq düzgün deyil.
Nazirliyin nümayəndəsinin sözlərinə görə, istər filmin rejissoru, istərsədə Kino şöbəsi ?Ehram TV? ilə bağlı gəzən söz-söhbətlərə yaxün günlərdə aydınlıq gətirəcək.
Qeyd edək ki, məsələ ilə bağlı nazirliyin Kinemotoqrafiya şöbəsinin müdiri Yusif Şeyxova müraciət etsək də, o, sualımızı cavablandırmaq istəmədi.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 09:04
2026-04-06 15:45
2026-04-06 14:07
2026-04-04 17:46
2026-04-04 13:47