AŞPA-nın yay sessiyasının gündəliyi açıqlanıb, gündəliyə Azərbaycanla bağlı məsələ salınmayıb
Avropa Şurası Parlament Assambleyasının iyunun 22-dən 26-na kimi davam edəcək yay sessiyasının gündəliyi açıqlanıb. Gündəliyə Azərbaycanla bağlı hər hansı məsələnin müzakirəsi salınmayıb.
Sessiyanın ilk günü büro və daimi komissiyanın hesabatları dinləniləcək, parlamentlərarası birliyin sədri Teo-Ben Gürirab çıxış edəcək. Ənənəvi olaraq Nazirlər Komitəsinin fəaliyyətdə olan sədri, Sloveniyanın xarici işlər naziri Samuel Jboqar keçən sessiyadan sonrakı dövrdə rəhbərlik etdiyi qurumun fəliyyəti ilə bağlı hesabat verəcək, səlahiyyətləri başa çatmış Avropa Şurasının baş katibi Terri Devis qısa vida nitqi söyləyəcək.
Sonrakı günlərdə Avropa Şurasına baş katibin seçilməsi, Belarusda vəziyyət, San-Maindən insan hüquqları üzrə Avropa Məhkəməsinə hakimin seçilməsi, Avropa İnkişaf və Yenidənqurma Bankının fəaliyyəti, dünya iqtisadiyyat institutları maliyyə böhranı qarşısında, Avropada insan hüquqlarının vəziyyəti, Parlament Assambleyasının 2009-cu il üçün insan haqları üzrə mükafatının təqdim edilməsi, Avropada unudulmuş xalqlar, Ermənistanda demokratik təsisatların fəaliyyəti, təzələnmiş enerji və ətraf mühit, Parlament Assambleyasının ?Demokratiya üçün tərəfdaşlıq? statusunun yaradılması, nüvə enerjisi və davamlı inkişaf, münaqişə və post-münaqişə zonalarında tarixin tədrisi və digər məsələlər müzakirə olunacaq.
Sessiyanın gedişi zamanı İrlandiya Prezidentinin, Slovenyanın Baş nazirinin, BMT-nin insan hüquqları üzrə Ali Komissarının, Livan üzrə xüsusi tribunalın sədrinin, Avropanın müxtəlif təşkilatlarının rəhbərlərinin çıxışları da nəzərdə tutulub. Sessiya iyunun 26-da öz işini başa çatdıracaq.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 14:39
2026-04-07 10:00
2026-04-07 08:54
2026-04-07 00:03
2026-04-06 14:53
2026-04-06 13:33
2026-04-06 10:29
2026-04-06 09:50