Türkiyənin ?Eurovision-2009? mahnı yarışmasındakı təmsilçisi Hadisə Açıqgöz iyulun 2-də Bakıda, Yaşıl Teatr Konsert Kompleksində möhtəşəm konsert proqramı ilə çıxış edəcək. Konsertin təşkilatçısı Səadət Əhmədovanın sözlərinə görə, artıq hazırlıq işlərinə başlanıb: "Əminik ki, Azərbaycandakı pərəstişkarlar bu konsertdən məmnun qalacaq və Hadisə ?Eurovision-2009? həyəcanını paytaxt tamaşaçılarına bir daha yaşadacaq". S.Əhmədova vurğulayıb ki, Hadisə səhnəyə musiqiçiləri və rəqqasları ilə birgə çıxacaq. Konsertdən bir gün əvvəl Bakıya gələcək müğənni ?Eurovision-2009? müsabiqəsində ona dəstək olmuş Azərbaycan xalqı qarşısında ən yeni mahnılarını ifa edəcək. Yaxın günlərdə biletlərin qiyməti müəyyənləşdiriləcək, reklam çarxlarının nümayişinə və paytaxt küçələrində afişaların yerləşdirilməsinə başlanacaq.